"Gender məktəbi çərçivəsində fəaliyyətlərin təşkili"

Noyabrın 15-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Gəncə Regional Qadın Mərkəzi İctimai birliyinin dəstəyi ilə məktəbin 8 və 9-cu sinif şagirdləri, valideynləri və müəllimləri ilə "Gender məktəbi çərçivəsində fəaliyyətlərin təşkili" adlı görüş keçirildi. Layihənin koordinatoru Məleykə Əlizadə çıxış edərək bildirdi ki, əsas məqsəd oğlan və qızların birlikdə bu qanunun müzakirəsində iştirakı, bu qanunun mahiyyətini onların dərindən dərk etməsi və gələcəkdə Azərbaycanda, sözün əsl mənasında, gender bərabərliyinin təmin edilməsində yaxından iştirak etmələridir.Tədbirdə fəal şagird, valideyn və müəllimlər ilə geniş fikir mübadiləsi aparılaraq bu istiqamətdə şagirdlər qədər valideynlərin də maarifləndirilməsinə ehtiyac olduğu qeyd edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi