Zəif nəticə göstərən şagirdlərlə iş

Noyabrın 11-də məktəbdə zəif nəticə göstərən şagirdlərlə əsaslı işin qurulması məqsədilə həyata keçiriləcək tədbirlərin icrası üçün məktəb rəhbərliyi, fənn müəllimləri və metodbirləşmə rəhbərlərinin iştirakı ilə iclas keçirildi. İclası giriş sözü ilə açan məktəbin direktoru Səbahət Ağayeva qarşıya qoyulmuş vəzifələr barədə ətraflı danışaraq bildirdi ki, məktəbimizdə potensial 2-3 qiymət alma riskində olan şagirdlərə rast gəlinir və bu halın qarşısını almaq üçün müvafiq tədbirlər görülməlidir. Tədris ilinin sonunadək həmin şagirdlər əlavə məşğələlərə cəlb olunmalıdır. Həmçinin iclasda lX siniflərin diaqnostik nəticələri də müzakirə olunmuşdur. Zəif nəticə göstərmiş IX sinif şagirdləri ilə daha səmərəli təlim fəaliyyəti aparmaq məqsədilə əlavə dərslər təşkil olunmuşdur. Bunun üçün zəif təlim göstəricisi olan şagirdlər seçilərək müəyyən olunmuş, zəif olduqları fənn üzrə qruplaşdırılmış, dərsdən sonra əlavə məşğələlər üçün cədvəl müəyyən edilmiş, fənn müəllimləri həftədə minimum 3 dəfə əlavə məşğələlərə cəlb edilmişdir. İclasda o cümlədən müəllimlərin rastlaşdıqları çətinliklər, çatışmazlıqlar qeyd olundu, bu istiqamətdə tövsiyələr verildi, təkliflər irəli sürüldü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi