"Birlikdə öyrənək!"

Noyabrın 10-da "Birlikdə öyrənək!" layihəsinin həyata keçirilməsi məqsədilə şagirdlər paralel siniflərdə könüllü olaraq mövzular hazırlayaraq, həmin mövzuları yoldaşlarına şagird dili ilə çatdırmağa çalışdılar. Məqsəd şagirdlərin bir-birlərini daha yaxşı anlamaları, zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsidir. Azərbaycan dili və coğrafiya fənnlərindən 7 b sinif şagirdi Allahverdiyev Amin, 10 a sinif şagirdləri Xəlilova Səadət və Ağayeva Zeynəb çıxış edərək, şagirdlər onların təcrübə, təqdimat, hazırladıqları slaydları, fikirləri dinlədilər. Təqdimatlar bir-birindən maraqlı, hərtərəfli, elmi cəhətdən dolğun idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi