"8 noyabr Zəfər Günü" nə həsr olunmuş ədəbi-bədii kompozisiya və məktəbin direktoru Səbahət Ağayevanın “Qəhrəman anaların, qəhrəman oğulları” adlı kitabının təqdimat mərasimi
Azərbaycan Respublikası Elm və Təhsil nazirinin 7 sentyabr 2021-ci tarixli F-429 nömrəli əmri ilə təsdiq edilmiş "Zəfər Günü" ilə bağlı "Tədbirlər Planı"nın həyata keçirilməsi məqsədilə noyabrın 4-də məktəbdə "8 noyabr Zəfər Günü" nə həsr olunmuş ədəbi-bədii kompozisiya və məktəbin direktoru Səbahət Ağayevanın 44 günlük Vətən müharibəsində igidlik nümunəsi göstərərək, şəhidlik zirvəsinə ucalmış, Maştağa qəsəbəsinin şəhidlərinin şərəfli döyüş yolundan bəhs edən “Qəhrəman anaların, qəhrəman oğulları” adlı kitabının təqdimat mərasimi keçirildi.Tədbir Vətən Müharibəsi şəhidlərinin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə başladı. Tədbirdə şəhid ailələri, qazilər və rayon ictimaiyyəti nümayəndələri iştirak edirdi. Məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək, İkinci Qarabağ Müharibəsində xalqımıza Zəfər sevinci bəxş edən şəhidlərin döyüş yollarından, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından söz açaraq, qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram əlaməti olaraq qələmə almış “Qəhrəman anaların, qəhrəman oğulları” adlı kitabının bu yönümdə atılan bir addım olduğunu diqqətə çatdırdı. Səbahət Ağayeva Qarabağ müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun keçdiyi şərəfli döyüş yolundan danışaraq, yazılan kitabın qəhrəman şəhid oğullarımızı qəhrəman anaların gözü ilə tanıtmaq baxımından böyük əhəmiyyət kəsb etdiyini söylədi. Vurğuladı ki, şanlı Zəfərimiz, qəhrəman şəhidlərimiz, qazilərimiz, döyüşlərdə şücaət göstərən vətənpərvər oğullar haqqında yazılan belə kitablar gələcək nəsillər üçün çox qiymətli məlumat mənbəyidir. Daha sonra tədbirdə müəllim-şagird heyətinin ifasında vətənpərvərlik mövzusunda şeirlər, mahnılar səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olundu. Tədbirin sonunda şəhidlərin adı verilmiş guşələrin açılışı oldu, eyni zamanda, şəhidlərin ailələrinə olan ziyarətlərdən hazırlanmış təqdimatlar nümayiş etdirildi.