Vətən müharibəsi şəhidi Tağıyev Kamranın Anım günü

Məktəbin rəhbərliyi, müəllim və şagird heyəti daim şəhidlərimizi yad edir və onların ailələrini ziyarət etməkdə davam edirlər. Oktyabrın 31-də 44 günlük Vətən müharibəsi şəhidi Tağıyev Kamranın Anım günü ilə əlaqədar olaraq, məktəb rəhbərliyi, bir qrup müəllim və şagird heyəti şəhidin məzarını ziyarət edib, onun xatirəsini böyük ehtiramla yad etdilər. Anım tədbirində YAP Sabunçu rayon təşkilatının rəhbərliyi, Maştağa qəsəbə İcra nümayəndəliyinin rəhbərliyi, məktəb direktorları, şəhid valideynləri, rayon ictimaiyyəti və qəsəbə nümayəndələri iştirak edirdilər. Anım tədbirində şəhidin adını daşıdığı 8 b sinif şagirdləri ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin məzarı üzərinə qərənfillər qoydular və vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi