"Zəfər Günü"nə həsr olunmuş seminar

Oktyabrın 28-də məktəbin coğrafiya müəllimi Nailə Məcidova və 7 b sinif şagirdlərinin iştirakı ilə "Zəfər Günü"nə həsr olunmuş seminar keçirilib. Seminarda Nailə Məcidova tərəfindən torpaqlarımızın işğaldan azad edilməsinin tarixi əhəmiyyəti, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə haqqında geniş danışılıb. 7 b sinif şagirdləri şəhidlərimiz, qazilərimiz haqqında geniş məlumatlar səsləndiriblər. Qeyd edilib ki, ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilib. Xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən bu qələbə tariximizin zəfər salnaməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi