Çinarə Köçərlinin ümumtəhsil məktəblərinin şagirdləri ilə görüşü

Nardaran Mədəniyyət evində uşaq kitablarının müəllifi olan Çinarə Köçərlinin ümumtəhsil məktəblərinin şagirdləri ilə görüşü keçirilmişdir. Görüşdə məktəbin müəllim və şagird heyəti də iştirak edirdi. Kitablarında daha çox elmi fantastik janra üstünlük verən yazıçı yaratdığı obrazlar haqqında şagirdlərə danışdı. Çinarə xanım kitab yazarkən apardığı araşdırmaları, gedişat zamanı hansı hisslər keçirdiyini uşaqların diqqətinə çatdırdı. Müzakirədən sonra uşaqlar suallarla yazıçıya müraciət etdilər.Tədbir kitabların imzalanması və xatirə şəkillərinin çəkilişi ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi