Respublika Fənn Olimpiadasının ilkin məktəbdaxili mərhələsi keçirildi

Oktyabrın 29-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq təlimatına uyğun olaraq, Respublika Fənn Olimpiadasının ilkin məktəbdaxili mərhələsi keçirildi. Olimpiada məktəbin VIII, IX, X və XI sinif şagirdlər arasında Azərbaycan dili və ədəbiyyat, coğrafiya, tarix, informatika, kimya, biologiya və fizika fənləri üzrə təşkil olunmuşdur. Məktəbdə olimpiadanın şəffaf, obyektiv və tələb olunan səviyyədə, eləcə də Əsasnaməyə uyğun qaydada keçirilməsi üçün təşkilat komitələri yaradılmış, bütün lazımi tədbirlər görülmüşdür. Xatırladaq ki, qalib olan şagirdlər olimpiadanın növbəti rayon mərhələsinə vəsiqə qazanacaqlar. Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə keyfiyyətli təhsil alma, biliklərə marağı artırmaq və özünə inam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafını təşkil etmək istiqamətində tədbirlər müəyyənləşdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdan ibarətdir. Olimpiada iştirakçısı olan bütün şagirdlərimizə uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi