"27 sentyabr Anım günü və 8 noyabr Zəfər Günü ilə bağlı intelektual yarışma
Azərbaycan Respublikası Təhsil Nazirliyinin "27 sentyabr Anım günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər planının təsdiq edilməsi barədə" 07.09.2021-ci il tarixli F-429 nömrəli əmrinə əsasən, oktyabrın 27-də məktəbin riyaziyyat müəllimi Gülyaz Həsənova tərəfindən 9-cu sinif şagirdləri arasında intelektual yarışma keçirildi. Yarışın nəticələrinə əsasən 9 a sinfinin "Qarabağ" komandası qalib gəldi. Yarışın təşkil olunmasının əsas məqsədi şagirdlərin müxtəlif sahələr üzrə istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin üzə çıxarılmasından ibarətdir.