8 noyabr Zəfər Gününə həsr olunmuş seminar
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-191 nömrəli 08.09.2021-ci il tarixli əmrini əsas tutaraq, məktəbin tarix müəllimi Mehriban Poladova və 9 b sinif şagirdlərinin iştirakı ilə 8 noyabr Zəfər Gününə həsr olunmuş seminar keçirildi. Mehriban Poladova çıxış edərək qeyd etdi ki, hazırda Azərbaycan tarixinin ən şərəfli səhifələri yazılır. Bu səhifələr xalqımızın milli-mənəvi birliyi, ordumuzun igidliyi, rəşadəti, Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi ilə yazılır. 30 ilə yaxın düşmən tapdağı altında qalan bütün torpaqlarımız yeni dövrə qədəm qoyur, Qarabağ, Şərqi Zəngəzur öz tarixi, mədəniyyəti, musiqisi, qan yaddaşı ilə yenidən doğulur, dirçəlir. Mən inanıram ki, xalqımız hər zaman olduğu kimi, milli birliyi davam etdirəcək, ölkə başçısının ətrafında sıx birləşərək Azərbaycanımızın inkişafı, daha da güclənməsi naminə öz səylərini göstərəcəkdir.