«Yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edək!» layihəsi

Oktyabrın 21-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mailiyə dəstəyi ilə «Oriqami» Uşaq və Yeniyetmələr İctimai Birliyi tərəfindən Sabunçu rayonu Maştağa qəsəbəsində icra olunan «Yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edək!» layihəsi çərçivəsində məktəbin 4 c sinfində təhsil alan 30 şagirdin iştirakı ilə rollu, süjetli, öyrədici, hərəkətli oyun keçirildi. Hərəkətli oyun prosesində şagirdlər yol nişanlarını tanıma və onlara əməl etmə, piyadaların yolun səki hissəsindən istifadəsi qaydalarını, yol ayrıcından düzgün istifadə etmə, nəqliyyatın hərəkət etdiyi yola çıxarkən diqqətli olma, piyadaların yolu keçərkən işıqfordan düzgün istifadəsi kimi situasiyalarda aktivlik və düzgün davranış nümayiş etdirdilər. Tədbirin sonunda məktəbin direktoru Səbahət Ağayeva, Oriqami QHT-nin sədri, layihə rəhbəri Namiq Nəcəfov məktəbin 4 c sinif şagirdlərinin hər birinə loqolu papaq, loqolu qısaqol köynək, 4 Yol ayrıcı- oyun dəsti, Hədiyyə çantası, rəsm albomu, qələm, dəftərçə, rəngli kağız və karton təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi