"Zərərli vərdişlərə birlikdə yox deyək!"
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 30.09.2022-ci il tarixli F-305 nömrəli əmrinə əsasən,"Zərərli vərdişlərə birlikdə yox deyək!" layihəsinin keçirilməsi barədə tədbirlər planı nəzərdə tutulmuşdur. Nəzərdə tutulmuş plana əsasən valideynlərin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə "Narkotiklər haqqında həqiqəti öyrənək" mövzusunda valideynlərin iştirakı ilə dəyirmi masa keçirildi. Çıxış edənlər tədbirin əhəmiyyətli mövzuya həsr olunduğunu, narkotik asılılığın ailə və uşaqlarda travmalar yaratdığını, sosial, fizioloji, psixoloji problemlərin narkoloji-psixoloji xəstəliklərə səbəb olduğunu, yeniyetmə və gənclərin narkotik asılılığı və digər zərərli vərdişlərdən qorunması, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ətraflı məlumat verməklə, narkomaniyaya qarşı mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, hər bir şəxsin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd ediblər.