“Zəfər tarixi” konfransı

“Zəfər tarixi” konfranslarının keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-146 nömrəli əmrinə uyğun olaraq, oktyabrın 19-da məktəbin tarix müəllimi Elşən Zeynalov və 10 a sinif şagirdlərinin iştirakı ilə “Zəfər tarixi” konfransı keçirildi. Əvvəlcə tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirildi. Məktəbin tarix müəllimi Elşən Zeynalov çıxış edərək, Vətən müharibəsində qazanılmış qələbə ilə Azərbaycanın öz gücünü və haqq-ədalət uğrunda qətiyyətli mübarizəsini mətinliklə bütün dünyaya nümayiş etdirdiyini, Ali Baş Komandan cənab İlham Əliyevin müdrikliyi, Müzəffər Ordumuzun gücü və igid oğullarımızın canı-qanı bahasına əldə olunmuş Zəfərin Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış qəhrəmanlıq səhifələrindən biri olduğunu bildirdi. 44 günlük Vətən müharibəsindəki qələbəmizin hakimiyyət-xalq birliyinin ən bariz nümunəsi olduğunu vurğulayan natiq, hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin yüksək səviyyədə həyata keçirildiyini, Qarabağın yenidən dirçəldilməsi, onun əsl cənnət məkana çevrilməsi istiqamətində görüləcək işlərin dövlətimizin qarşısında duran prioritet vəzifələrdən biri olduğunu xüsusi vurğuladı. Kofransda şagirdlərlə mövzu ətrafında fikir mübadiləsi aparılaraq, vətənpərvərlik tərbiyəsi istiqamətində təqdimatları və çıxışları dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi