18 oktyabr - Müstəqilliyin Bərpası Günü
18 oktyabr - Müstəqilliyin Bərpası günü ilə əlaqədar olaraq, məktəbin tarix müəllimi Mehriban Poladovanın rəhbərliyi ilə seminar keçirildi.Tədbiri giriş sözü ilə açan Mehriban Poladova qeyd edib ki, 28 may 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. SSRİ-nin süqutu dövründə yəni 18 oktyabr 1991-ci il tarixində "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə ölkəmiz Şərqdə ilk respublikanın varisi kimi Azərbaycan tarixinin yeni dönəmi - müstəqil inkişaf dövrü başlanıb. Ulu Öndərin xalqın istəyi ilə Azərbaycana qayıdışı və müstəqilliyimizin təhlükə altına düşməsinin qarşısını alması, xalqımız üçün misilsiz xidmət göstərməsi barədə şagirdlərə geniş məlumat verilib. Tədbirin sonunda fikir mübadiləsi aparılıb.