18 oktyabr - Müstəqilliyin Bərpası Günü

18 oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar olaraq, məktəbin ibtidai sinif müəllimi Könül Həsənovanın rəhbərliyi ilə sinifdaxili tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Könül Həsənova bu günün tarixi haqqında məlumat verərək dövlət müstəqilliyimizin keçdiyi yola diqqət çəkdi. Bildirdi ki, 1991-ci il oktyabrın 18-də Azərbaycanın keçmiş Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edilməklə Azərbaycanın dövlət müstəqilliyi uzun illərdən sonra yenidən bərpa olunub. Bu gün müstəqil Azərbaycan Ümummilli liderin ideyaları – Heydər Əliyev yolu əsasında inkişaf edir. Məhz Heydər Əliyev siyasəti nəticəsində Azərbaycan bugünkü inkişaf səviyyəsinə gəlib çatıb. Prezident İlham Əliyev Heydər Əliyev siyasətini inkişaf etdirərək ölkəmizə yeni-yeni nailiyyətlər qazandırır. Daha sonra 4 c sinif şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib. Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər, mahnılar ifa edib, səhnəciklər göstəriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi