Maştağa qəsəbəsinin Vətən müharibəsi şəhidi Raul Piriyevin anım günü

Maştağa qəsəbəsinin Vətən müharibəsi şəhidi Raul Piriyevin anım günü ilə əlaqədar olaraq, oktyabrın 15-də məktəb rəhbərliyi, bir qrup müəllim, valideyn və şagird heyəti şəhidin məzarını ziyarət etdilər. Anım tədbirində 209 nömrəli məktəbin rəhbərliyi, şəhid ailələri və rayon ictimaiyyəti nümayəndələri iştirak edirdilər. Şagirdlər ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin məzarı üzərinə qərənfillər qoydular və vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər. Həmçinin Maştağa qəsəbə Şəhidlər xiyabanı da ziyarət olundu, şəhidlərimizin unudulmaz xatirəsi şagird və müəllimlərimiz tərəfindən daima hörmət və ehtiramla yad edilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi