Yaşıl layihə:Təbiəti qoruyanlar" layihəsinin icrası ilə əlaqədar olaraq, seminar
"Kiçik Akademiya"nın coğrafiya kafedrasının üzvləri oktyabrın 14-də məktəbin coğrafiya müəllimi Nailə Məcidovanın rəhbərliyi ilə "Yaşıl layihə:Təbiəti qoruyanlar" layihəsinin icrası ilə əlaqədar olaraq, seminar keçirdi. Nailə Məcidova çıxış edərək qeyd etdi ki, vətənimizin zəngin təbiəti xalqımızın sərvətidir, ona görə də vətənin təbiətini qorumaq, mühafizə etmək, onun flora və faunasına can yandırmaq hər bir Azərbaycan vətəndaşının övladlıq borcudur. Daha sonra seminarda kiçik akademiyanın üzvləri 2 b sinif şagirdlərinə ekologiyanın qorunması ilə bağlı məsləhətlərini verərək, onlara üzərində öyrədici fikirlər olan kiçik açıqcalar payladılar.