Vətən müharibəsi şəhidləri Əliyev Tahir və Rzayev Aslanın anım günləri

Maştağa qəsəbəsinin Vətən müharibəsi şəhidləri Əliyev Tahir və Rzayev Aslanın anım günləri ilə əlaqədar olaraq, oktyabrın 13-də məktəb rəhbərliyi, müəllim və şagird heyəti şəhidlərin məzarını ziyarət etdilər. Onlar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin məzarı üzərinə qərənfillər qoydular, həmçinin şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər. Tədbirdə məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək, valideynlərə belə qəhrəman, igid oğullar böyütdükləri üçün minnətdarlıq edib və onlara səbir diləyib. Dövlət müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda canını fəda edən, qorxmadan ölümə gedən cəsur vətən övladlarımızın xatirəsinin hər zaman əziz tutulacağını bildirdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbədən, əsgər və zabitlərimizin şücaətindən danışdı. Bütün şəhidlərimizin hər zaman xalqımızın qəlbində yaşayacağını, onların ailələrinin dövlətə əmanət olduğunu diqqətə çatdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi