"Yaşıl layihə:Təbiəti qoruyanlar"

             "Kiçik Akademiya"nın biologiya kafedrasının üzvləri oktyabrın 11-də məktəbin biologiya müəllimi Nərgiz Hüseynovanın rəhbərliyi ilə "Yaşıl layihə:Təbiəti qoruyanlar" layihəsinin icrası ilə əlaqədar olaraq, seminar keçirdi. Seminarı giriş sözü ilə Nərgiz müəllimə açaraq şagirdlərə parklarda, dekorativ bağlarda ətraf mühitə, ağaclara, güllərə zərar vurmadan, ərazini çirkləndirmədən istirahət etmək, əylənmək və vaxt keçirməyin etik qaydalarını izah edib, onları təbiətin çirklənməsinin sağlamlığımıza və həyatımıza vura biləcəyi zərərlər barədə maarifləndirib. Daha sonra Kiçik akademiyanın üzvlərinin təqdimatında araşdırma aparıb hazırladıqları məruzələr dinlənilib, mövzuya aid videolar və şagirdlərin hazırladıqları təqdimatlar nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi