“5 oktyabr – Beynəlxalq Müəllimlər Günü”

Oktyabrın 5-də məktəbdə səhər xəttində "Müəllimlər günü" ilə əlaqədar olaraq, tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı. Daha sonra şagirdlər öz şeirləri və çıxışları ilə müəllimləri təbrik edərək, öz ürək sözlərini söylədilər. Məktəbin direktoru Səbahət Ağayeva çıxışı zamanı “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibətilə müəllimləri təbrik edərək bildirdi ki, müəllimlərin uşaq və gəncləri vətənə məhəbbət ruhunda tərbiyə etdiyini, onları vətənin müdafiəsinə hazırladığını qeyd edərək, xalqın gələcəyinin müəllimlərin əsas silahı olan bilikdən asılı olduğunu bildirdi. Ölkəmizdə isə bu bayramın 1993-cü ildən etibarən Ulu öndər Heydər Əliyevin sərəncamı ilə qeyd olunmağa başladığını vurğulayan Səbahət Ağayeva müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı rolunun daim diqqət mərkəzində olduğunu qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi