Oktyabrın 3-dən başlayaraq məktəbimizdə 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsilinə başlanılıb

Oktyabrın 3-dən başlayaraq məktəbimizdə 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsilinə başlanılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli qərarına əsasən, dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunublar. Məktəbəhazırlıq qruplarında məşğələlər yalnız ibtidai sinif müəllimi ixtisaslı və müəyyən iş təcrübəsinə malik müəllim Həsənova Könül tərəfindən aparılır. Məktəbin direktoru Səbahət Ağayeva şagirdləri təbrik edərək «Uğur yolunun açarı məktəbimizin bilik açarıdır» - deyə bildirdi. Qeyd etdi ki, hazırda məktəbdə şagirdlər 1 qrup –Azərbaycan bölməsi sinifləri üzrə dərs alırlar. Sonda şagirdlərə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təqdim olunan məktəbəhazırlıq vəsaitləri təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi