Vətən müharibəsi şəhidi kapitan Hüseynzadə Həmidağa və baş leytenant Abdullazadə Həsənağanın anım günü

            Vətən müharibəsi şəhidi kapitan Hüseynzadə Həmidağa və baş leytenant Abdullazadə Həsənağanın anım günü ilə əlaqədar olaraq, oktyabrın 2-də məktəb rəhbərliyi, müəllim və şagird heyəti ll Fəxri xiyabanda şəhidlərin məzarını ziyarət etdilər. Onlar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin məzarı üzərinə qərənfillər qoydular, həmçinin şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər. Daha sonra məktəb rəhbərliyi, müəllim və şagird kollektivi onların anım mərasimlərində iştirak etdilər. Mərasimdə məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək, valideynlərə belə qəhrəman, igid oğullar böyütdükləri üçün minnətdarlıq edib və onlara səbir diləyib. Dövlət müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda canını fəda edən, qorxmadan ölümə gedən cəsur vətən övladlarımızın xatirəsinin hər zaman əziz tutulacağını bildirib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbədən, əsgər və zabitlərimizin şücaətindən danışıb. Bütün şəhidlərimizin hər zaman xalqımızın qəlbində yaşayacağını, onların ailələrinin dövlətə əmanət olduğunu diqqətə çatdırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi