Təhsil sərgisinə ekskursiya

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin rəhbərliyi ilə keçirilən Təhsil sərgisində məktəbin müəllim, valideyn və şagird kollektivi də iştirak etdi. Təhsil sərgisində iştirakın məqsədi şagirdlərin gələcəkdə düzgün ixtisas seçmələrinə kömək etmək və başqa ölkələrin təhsil sistemləri ilə tanışlıq və təhsil sahəsindəki müxtəlif yenilikləri göstərməkdir. Sərgidə Azərbaycanda fəaliyyət göstərən universitetlərlə yanaşı, xarici ölkələrdə fəaliyyət göstərən universitetlərin də nümayəndələri iştirak edirdi. Onlar şagirdlərin bütün suallarını məmnuniyyətlə cavablandırır və öz təhsil sistemləri haqda geniş məlumat verirdilər. Şagirdlərimiz, müəllimlərimiz və valideynlərimiz keçirilən bu sərgidə məmnuniyyətlə iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi