Vətən müharibəsi şəhidi Əliyev Bəhruzun anım günü

Maştağa qəsəbəsinin Vətən müharibəsi şəhidi Əliyev Bəhruzun anım günü ilə əlaqədar olaraq, sentyabrın 28-də məktəbin bir qrup müəllim və şagird heyəti Maştağa qəsəbəsində yerləşən Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət etdilər. Onlar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin məzarı üzərinə qərənfillər qoydular, həmçinin vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər. Şəhidlərimizin unudulmaz xatirəsi şagird və müəllimlərimiz tərəfindən hörmət və ehtiramla yad edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi