Azərbaycan Silahlı Qüvvələrinin kapitanı Həmidağa Hüseynzadənin anım günü

    Vətən müharibəsində qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri də Azərbaycan Silahlı Qüvvələrinin kapitanı Həmidağa Hüseynzadədir. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda”, III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubileyi, "Kəlbəcərin azad olunmasına görə", "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları və "Qarabağ" ordeni ilə təltif olunmuş Həmidağa Hüseynzadənin anım günüdür. Hüseynzadə Həmidağanın II Fəxri Xiyabandakı məzarı məktəb rəhbərliyi və bir qrup şagird tərəfindən ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur. Eyni zamanda canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq, xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir. Şəhidin ailə üzvləri ilə görüşən məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək bildirib ki, 44 günlük Vətən müharibəsi tariximizin parlaq və unudulmaz səhifələrindən birini təşkil edir: “Vətən müharibəsində qazandığımız qələbənin əsasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən və praqmatik siyasət yürüdərək Azərbaycanın sosial-iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə əldə etdiyi uğurları və milli-dini həmrəyliyimiz dayanır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi