"27 sentyabr – Anım Günü"nə həsr olunmuş tədbir

"27 sentyabr – Anım Günü" ilə bağlı məktəbin ibtidai sinif müəllimi Mətanət Məmmədovanın rəhbərliyi ilə məktəbdə tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbir iştirakçıları öncə məktəbin həyətində şagirdlərin 44 günlük Vətən müharibəsində canından keçən şəhidlərin xatirəsinə hazırladıqları kompozisiyanı izlədi. Sonra məktəbin direktoru Səbahət Ağayeva Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun düşmənə sarsıdıcı zərbələr vurmasından, 30 ilə yaxın müddətdə işğal altında saxlanan torpaqlarımızın azad olunmasından bəhs etdi. 27 sentyabr –Anım Gününün əhəmiyyətindən danışan direktor Vətən müharibəsində şəhid olan igidlərimizin ruhunu dərin hörmət və ehtiramla andığını, onların ruhu qarşısında baş əydiyini bildirdi. Torpaq uğurunda canından keçən şəhidlərimizin xatirəsini yaşatmaq hər birimizin borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi