27 sentyabr Anım gününə həsr olunmuş dəyirmi masa

Sentyabrın 26-da məktəbin tarix müəllimi Mehriban Poladovanın rəhbərliyi və 9 a sinif şagirdlərinin iştirakı ilə 27 sentyabr Anım gününə həsr olunmuş dəyirmi masa keçirildi. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Mehriban Poladova çıxış edərək, zəfərə gətirən yolu, səbəbləri, qazanılan qələbənin əhəmiyyətini, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin son 18 ildə həyata keçirdiyi güclü millət, qüdrətli dövlət strategiyası, milli birlik barədə danışdı. Daha sonra 44 gün davam edən və Azərbaycanın tam Qələbəsi ilə nəticələnən Vətən müharibəsinin əhəmiyyəti, mahiyyəti və nəticələrindən bəhs etdi. Tədbirin sonunda şagirdlər öz fikirlərini paylaşdılar, şəhidlərin həyat yolu haqqında danışdılar. Şəhidlərə həsr etdikləri şeirləri söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi