27 sentyabr Anım günü münasibəti ilə Maştağa qəsəbəsinin Vətən müharibəsi qəhrəmanlarının məzarları ziyarət olundu

27 sentyabr Anım günü münasibətilə sentyabrın 26-da məktəbin tarix müəllimi Mehriban Poladovanın rəhbərliyi ilə 11 a sinif şagirdləri tərəfindən Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan Maştağa qəsəbəsinin Vətən müharibəsi qəhrəmanlarının məzarları ziyarət edildi. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi, məzarları ziyarət edilərək üzərlərinə gül dəstələri düzüldü. Allahdan şəhidlərimizə rəhmət, ailələrinə səbr diləyirik.

Qəbriniz nurla dolsun qeyrətli Vətən oğulları!

#ŞəhidlərÖlməzVətənBölünməz

#QARABAĞAZƏRBAYCANDIR 

#KarabakhisAzerbaijan 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi