"Məktəb mənim evimdir!"
Məktəb kontingentini həndəsi fiqurlardan üçbucaqla xarakterizə etmək olar. Bu üçbucağın bir tərəfində şagird, bir tərəfində müəllim, digər tərəfində isə valideyn dayanır. Xüsusilə valideynlərlə münasibətlərin düzgün qurulması, onlarla mütəmadi əlaqə saxlanılması şagirdlərin məktəbə maraq və məsuliyyətinin artmasına səbəb olur ki, bu da birbaşa təhsilin keyfiyyətinə öz təsirini göstərir. Buna görə də məktəb kollektivi olaraq daim valideynlərin fikirlərini dinləyir və dəyərləndiririk. Bu məqsədlə valideyn-müəllim-şagird birliyini əsas götürərək, məktəbdə "Məktəb mənim evimdir!" adlı layihəyə start verdik.