İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Mütəllimzadə Ağacavadın ad günü

Avqustun 14-də Sabunçu rayonunun Maştağa qəsəbə sakini, İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Mütəllimzadə Ağacavadın ad günü Maştağa qəsəbəsinin Şəhidlər Xiyabanında şəhidin məzarı önündə vətən müharibəsi şəhidlərinin valideynləri, şəhidin ailə üzvləri, qəsəbə sakinləri, incəsənət nümayəndələri, məktəb direktorları, 209 nömrəli məktəbin rəhbərliyi və bir qrup müəllim, şagird heyəti birlikdə qeyd olundu. Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. Tədbirdə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra tədbirdə çıxış edən edənlər şəhidin ailəsinə baş sağlığı verərək, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevrildiyini bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi