İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn şəhid Hüseynzadə Həmidağanın ad günü

Avqustun 13-də Sabunçu rayonunun Maştağa qəsəbə sakini, İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn şəhid Hüseynzadə Həmidağanın ad günü ll Fəxri Xiyabanda şəhidin məzarı önündə rayon İcra Hakimiyyəti nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, incəsənət nümayəndələri, Vətən müharibəsi şəhidlərinin valideynləri, şəhidin ailə üzvləri, 209 nömrəli məktəbin rəhbərliyi və bir qrup müəllim, şagird heyəti birlikdə qeyd olundu. Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzüldü. Tədbirdə çıxış edən məktəbin direktoru Səbahət Ağayeva şəhidin ailəsinə baş sağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Həmçinin, bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən azad edib. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır. Şəhidin ad gününə həsr olunmuş tədbirdə şəhid Hüseynzadə Həmidağanın adının verildiyi məktəbin 8 a və 4 b, 10 a sinfinin şagirdləri iştirak ediblər. Tədbirdə şagirdlər şəhidin keçdiyi həyat yolundan çıxışlar edərək, vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. Tədbiridə şəhidin ailə üzvləri və yaxınları çıxış edərək, hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi