26 iyun "Silahlı Qüvvələr" günü ilə bağlı Maştağa qəsəbəsində yerləşən Şəhidlər xiyabanına ziyarət

İyunun 24-də məktəbin ibtidai sinif müəllimləri Rəhilə Məlikova və Ulduza Qasımovanın rəhbərliyi ilə 26 iyun "Silahlı Qüvvələr" günü ilə bağlı "Yay məktəbi" çərçivəsində 4-cü sinif şagirdlərinin Maştağa qəsəbəsində yerləşən Şəhidlər xiyabanına ziyarəti təşkil olundu. Ziyarətin təşkil olunmasında məqsəd Azərbaycanın şanlı ordusunun qüdrətini, qələbə əzmini, vətənpərvərlik ruhunu, qazandığı zəfəri şagirdlərə bəyan etmək, onlarda vətən sevgisini daha da dərinləşdirməkdir. Ziyarət zamanı torpaqlar uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının ruhları sükutla yad edildikdən sonra şagirdlər orduya aid şeirlər söyləyib, çıxışlar nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi