“Bir gəncin manifesti” romanının müzakirəsi
İyunun 24-də məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi Bəsti Cəbrayılovanın rəhbərliyi ilə "Book cafe"də 7-ci sinif şagirdləri yazıçı, ədəbiyyatşünas Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar Elm xadimi respublika Lenin komsomolu mükafatının fəxri laureatı, filologiya elmləri doktoru, professor Mir Cəlal Əli oğlu Paşayevin “Bir gəncin manifesti” romanını müzakirə etdilər. Şagirdlər ilk öncə ədibin həyat və yaradıcılığından söhbət açdılar. Elə insanlar var ki, onların ölüm tarixi də doğum tarixi kimi mənsub olduğu millətin yaddaşına əbədi həkk edilir. Onlar zaman keçdikcə unudulmur, yaddan çıxmır, əksinə, daha böyük sevgi və hörmətlə anılır. Haqqında söhbət açmaq istədiyimiz böyük ədib Mir Cəlal Paşayev də məhz belə insanlardandır.“Bir gəncin manifesti” əsəri, zəmanənin güzgüsü olan hekayələri klassik bədii nümunələr kimi müəllifinə ədəbiyyat tariximizin səhifələrində əbədiyaşarlıq qazandırmışdır.