Pedaqoji Şuranın növbəti iclası

İyunun 22-də məktəbin akt zalında fəaliyyət planına uyğun olaraq, Pedaqoji Şuranın növbəti iclası keçirildi. Pedaqoji Şuranın iclası məktəbin direktoru Səbahət Ağayevanın çıxışı ilə başladı. O pedaqoji heyəti salamladı və ardınca gündəlikdə olan məsələlər haqqında müəllimləri məlumatlandırdı. İclasda tədris ilinin yekunları müzakirə edildi. Buraxılış imtahanlarında nəzərdə tutulan Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənlərindən keçirilən böyük summativ qiymətləndirmə və monitorinqlərin nəticələri müzakirə edildi. Zəif nəticə göstərən şagirdlərlə işin təşkili barədə müəyyən məsləhətlər verildi. Bununla yanaşı 2021/2022-ci dərs ilində məktəbin və şagirdlərinin qazandığı nailiyyətlər pedaqoji heyətin nəzərinə çatdırıldı. İclasda direktor və direktor müavinləri ilə yanaşı məktəbin kitabxana müdiri və psixoloqunun da çıxışları dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi