"İnsan Hüquqları Günü"nə həsr olunmuş tədbir
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkədə "İnsan Hüquqları Günü" kimi qeyd olunur. Hər il olduğu kimi, bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda "İnsan Hüquqları Aylığı" elan edilir. Bununla əlaqədar olaraq, aylıq çərçivəsində məktəbin psixoloqu Sevinc Muradovanın rəhbərliyi ilə insan hüquqlarına həsr olunmuş tədbir keçirildi. Tədbirdə insanların hüquqlarından, bu hüquqların əhəmiyyətindən, insan azadlıqlarından, insanın şəxsi həyatında özünütəyinetmə və özünüreallaşdırma seçiminin reallaşdirilmasi və s. kimi məsələlər müzakirə edildi. Sonda şagirdlərin ifasında Mirzə Ələkbər Sabirin "Oxutmuram əl çəkin!" əsərindən səhnəcik nümayiş olundu.