“Mənim gündəliyim” adlı oxu və yaradıcılıq müsabiqəsinin məktəb mərhələsi yekunlaşdı
Şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi, onların Azərbaycan və dünya ədəbiyyatı barədə məlumatlılıq səviyyəsinin artırılması, istedadlı şagirdlərin üzə çıxarılması məqsədi ilə Bakı Şəhər üzrə Təhsil İdarəsinin F-61 nömrəli əmrinə əsasən “Mənim gündəliyim” adlı oxu və yaradıcılıq müsabiqəsinin məktəb mərhələsi yekunlaşdı. Müsabiqənin məktəb mərhələsində şagirdlərin təqdim etdikləri gündəliklərə münsiflər heyəti tərəfindən baxış keçirildi, qiymətləndirmə meyarlarına uyğun olan ən yaxşı 4 iş Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanlandı. Şagirdlərimizə növbəti mərhələdə uğurlar arzulayırıq!