İkinci Vətən müharibəsi şəhidi Ağayev Cəlalın ailəsi ziyarət olundu

İyunun 6-da məktəb rəhbərliyi və 11 a sinif şagirdləri Lerik rayonunun İkinci Vətən müharibəsi şəhidi Ağayev Cəlalın ailəsini ziyarət etdi. Şagirdlər şəhidin qısa zamanda keçdiyi həyat yolunu həyat yoldaşından dinlədilər. Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin giziri Ağayev Cəlal 29 sentyabr 2020-ci ildə Suqovuşan uğrunda gedən döyüşlərdə şəhadətə yüksəlib. Dövlət başçısının müvafiq sərəncamları ilə ölümündən sonra "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, "Vətən uğrunda”, "İgidliyə görə", "Suqovuşanın azad olunmasına görə"  medalları ilə təltif edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi