İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Babayev Rəşadın ad günü

İyunun 4-də Sabunçu rayonunun Maştağa qəsəbə sakini, İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Babayev Rəşadın ad günü şəhidin məzarı önündə və evində məktəb direktorları, şagirdləri və şəhidin ailə üzvləri ilə birlikdə qeyd olundu. Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. Şəhidin ailəsinə baş sağlığı verilərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açılmış və rəşadətli ordumuz, qəhrəman oğullarımız qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən işğalçılardan azad edildiyi qeyd olunmuşdur. Çıxış edənlər şəhid Babayev Rəşadın keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirdilər. Şəhidin ad günündə məktəbin rəhbərliyi və şəhid Babayev Rəşadın  adı verildiyi 8 b sinfinin şagirdləri iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi