İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Piriyev Raulun ad günü

İyunun 4-də Sabunçu rayonunun Maştağa qəsəbə sakini, İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Piriyev Raulun ad günü şəhidin məzarı önündə və evində, rayon İcra Hakimiyyəti nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəb direktorları, şagirdləri, kənd sakinləri, şəhid anaları və şəhidin ailə üzvləri birlikdə qeyd olundu. Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. Şəhidin ailəsinə baş sağlığı verilərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açılmış və rəşadətli ordumuz, qəhrəman oğullarımız qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən işğalçılardan azad edildiyi qeyd olunmuşdur. Mərasimdə çıxış edənlər şəhid Piriyev Raulun keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildiriblər. Şəhidin ad günündə məktəbin rəhbərliyi və şəhid Piriyev Raulun adı verildiyi 6 a sinfinin şagirdləri iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi