Məktəbəhazırlıq qrupunun buraxılış tədbiri

Mayın 31-də məktəbin ibtidai sinif müəllimi Rəhilə Məlikovanın rəhbərliyi ilə məktəbəhazırlıq qrupunun buraxılış tədbiri keçirildi. Tədbirdə şagirdlərlə yanaşı valideynlər də iştirak edirdilər. Əvvəlcə sinif rəhbəri Rəhilə Məlikova tədbir iştirakçılarını salamladıqdan sonra şagirdlər Azərbaycana həsr olunmuş mahnı ifa etdilər. Tədbirdə məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək şagirdlərin hazırladıqları səhnəcikləri yüksək dəyərləndirib, məktəbəhazırlıq şagirdlərinin tədris ili boyunca fəallıqları və tərbiyələri ilə fərqləndiklərini bildirib, tədris ilini uğurla başa çatdırmaları münasibətilə təbrik etdi. Tədbir vətənə, müəllimə, məktəbə aid müxtəlif şeirlərin səsləndirilməsi, rəngarəng səhnəciklərin nümayişi ilə davam etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi