“Meyvələrin söhbəti” tamaşası

    "Yaşıl layihə: Təbiəti qoruyanlar" adlı layihənin həyata keçirilməsi ilə bağlı hazırlanmış tədbirlər planına əsasən mayın 31-də məktəbin ibtidai sinif müəllimi Könül Həsənovanın rəhbərliyi və 3 c sinif şagirdlərinin iştirakı ilə Azərbaycanın milli sərvətləri olan müxtəlif meyvələrin quruluşundan, müalicəvi əhəmiyyətindən, insan orqanizminə xeyrindən, gözəlliyindən bəhs edən “Meyvələrin söhbəti” tamaşası nümayiş etdirildi.Tamaşada şagirdlər hər bir meyvəyə uyğun xüsusi paltarlar geyərək, öz sözlərini şeirlə ifadə etdilər. Alma, armud, heyva, üzüm, xurma, gilas, nar və sair meyvələrin bəhsi və söhbəti şagirdlərin çox xoşuna gəldi. Həmçinin tədbirdə şagirdlər ingilis dilində çıxışlar edib, mahnılar ifa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi