Pedaqoji Şuranın növbəti iclası
Mayın 27-də məktəb rəhbərliyi və müəllimlərin iştirakı ilə pedaqoji şuranın növbəti iclası keçirildi. İclasda gündəlikdə olan məsələlər haqqında müəllimlər məlumatlandırıldı.1. lX sinif buraxılış imtahanı nəticələri və işin təşkili. 2. Fənn aylığı çərçivəsində görülən işlər, fənn metodbirləşmə rəhbərlərinin hesabatlarının dinlənilməsi. 3. Monitorinq nəticələrinin təhlili. 4. Cari məsələlər. İclasda zəif nəticə göstərən şagirdlərlə işin təşkili barədə müəyyən məsləhətlər verildi. Pedaqoji Şuranın məqsədi pedaqoji kollektivin hər bir üzvünün müəssisənin idarəolunmasına fəal cəlb etməklə demokratik şəraitdə qarşıda duran aktual məsələləri müzakirə etməkdən ibarət idi.