28 May-Müstəqillik günü ilə əlaqədar olaraq, velosiped yarışı

28 May-Müstəqillik günü ilə əlaqədar olaraq, mayın 27-də məktəbin fiziki tərbiyə müəllimlərinin rəhbərliyi ilə velosiped yarışı keçirildi. Yarışın nəticələrinə görə 1-ci 7 b sinif şagirdi Ələsgərov Məhəmməd, 2-ci yerə 6 c sinif şagirdi Məmmədov Əbülfəz, 3-cü yerə 6 c sinif şagirdi Soltanov İlkin layiq görüldü. Qalib şagirdlər məktəb rəhbərliyi tərəfindən diplomla mükafatlandırıldı. Yarışın keçirilməsində məqsəd məktəblilərin asudə vaxtlarının idman oyunları vasitəsilə səmərəli təşkilinə nail olmaq, idmana cəlb edilməsini dəstəkləmək, eyni zamanda şagirdlər arasında sağlam həyat tərzinin təbliğinə təkan verməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi