V siniflər arasında "Zəfər" adlı bilik yarışı
28 May-Müstəqillik günü ilə əlaqədar olaraq, mayın 27-də məktəbin riyaziyyat müəllimi Aytəkin Quluzadənin rəhbərliyi ilə V siniflər arasında "Zəfər" adlı bilik yarışı keçirildi. Yarışın nəticələrinə görə 5 b sinif şagirdi Muradov Qismətəli l yerə, 5 b sinif şagirdi Nəcəfzadə Fidan ll yerə layiq görüldü. Qalib şagirdlər məktəb rəhbərliyi tərəfindən diplomla mükafatlandırıldı. Bilik yarışmasının keçirilməsində məqsəd şagirdlərə riyaziyyat fənnini daha da sevdirmək, şagirdlər arasında saglam rəqabət hissini aşılamaqdan ibarətdir.