Maştağa qəsəbəsinin İkinci Vətən müharibəsi şəhidi Həmidağa Hüseynzadənin ailəsi ziyarət olundu

Mayın 27-də məktəb rəhbərliyi və 8 a sinif şagirdləri Maştağa qəsəbəsinin İkinci Vətən müharibəsi şəhidi Həmidağa Hüseynzadənin ailəsini ziyarət etdi. Şagirdlər şəhidin qısa zamanda keçdiyi həyat yolunu anası və atasından dinlədilər. Qeyd edək ki, Müdafiə Nazirliyi Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı Həmidağa Hüseynzadə 28 sentyabr 2020-ci ildə Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhadətə yüksəlib. Dövlət başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubileyi, "Kəlbəcərin azad olunmasına görə", "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları və "Qarabağ" ordeni ilə təltif edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi