"Sahibsiz heyvanlara qayğı və düzgün münasibətin aşılanması" mövzusunda seminar

"Yaşıl layihə: Təbiəti qoruyanlar" adlı layihənin həyata keçirilməsi ilə bağlı hazırlanmış tədbirlər planına əsasən mayın 25-də məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi Bəsti Cəbrayılovanın rəhbərliyi ilə "Sahibsiz heyvanlara qayğı və düzgün münasibətin aşılanması" mövzusunda seminar keçirildi. Şagirdlər təqdimatlarında sahibləndikləri heyvanlardan, heyvan hüquqlarından, nəsli tükənmiş heyvanlardan, onlar üçün yaradılmış sığınacaqlardan, qoruqlardan danışdılar. Heyvanların təbiətdə əhəmiyyəti haqqında topladıqları məlumatları təqdim etdilər. Seminarın keçirilməsində məqsəd heyvanlara qarşı humanist davranışın və məsuliyyətli sahibliyin təşviq edilməsi, cəmiyyətdə heyvanların rifahı haqqında maarifləndirmənin artırılması və insanların sahibsiz heyvanlara münasibətinin dəyişdirilməsindən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi