l-lV siniflərin valideynlərinin iştirakı ilə valideyn iclası
Mayın 25-də məktəb rəhbərliyinin iştirakı ilə l-lV siniflərin valideynlərinin iştirakı ilə valideyn iclası keçirildi. Məktəbin direktoru Səbahət Ağayeva şagirdlərin təlim nəticələri barədə valideynlərə məlumat verərək qeyd etdi ki, müəllimlə valideyn əlaqəsi məktəbin qarşısında mühüm vəzifələr qoyur. Bu məqsədlə valideyn və şagirdlər birgə fəaliyyətə cəlb olunmalıdır. Daha sonra şagirdlərin dərsə davamiyyəti, məktəbdə keçirilən monitorinqlərin nəticələri haqqında valideynlər məlumatlandırıldı. İclasda zəif qiymətlərlə oxuyan şagirdlərlə işin təşkili, dərslərin tədrisi vəziyyəti müzakirə edildi.