Maştağa qəsəbəsinin İkinci Vətən müharibəsi şəhidi Rəşad Babayevin ailəsi ziyarət olundu

Mayın 25-də məktəb rəhbərliyi və 8 b sinif şagirdləri Maştağa qəsəbəsinin İkinci Vətən müharibəsi şəhidi Rəşad Babayevin ailəsini ziyarət etdi. Şagirdlər şəhidin qısa zamanda keçdiyi həyat yolunu anası və atasından dinlədilər. Qeyd edək ki, Müdafiə Nazirliyi Xüsusi Təyinatlı Qüvvələrinin giziri Rəşad Babayev 10 oktyabr 2020-ci ildə Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhadətə yüksəlib. Dövlət başçısının müvafiq sərəncamları ilə ölümündən sonra "Qüsursuz xidmətə görə " 3-cü dərəcəli, "Azərbaycan Ordusunun 100 illik yubileyi", “Vətən uğrunda”, "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları və "Rəşadət" ordeni ilə təltif edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi