Maştağa qəsəbəsinin İkinci Vətən müharibəsi şəhidi Rəşad Novruzovun ailəsi ziyarət olundu

Mayın 24-də məktəb rəhbərliyi və 10 a sinif şagirdləri Maştağa qəsəbəsinin İkinci Vətən müharibəsi şəhidi Rəşad Novruzovun ailəsini ziyarət etdi. Qeyd edək ki, Müdafiə Nazirliyi Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri Rəşad Novruzov 9 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhadətə yüksəlib. Dövlət başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə","Cəsur döyüşçü" medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi