Vətən müharibəsi şəhidi Saleh Şəfizadənin ailəsi ziyarət olundu

İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Saleh Şəfizadənin ad günü evində, şəhidin ailə üzvləri ilə birlikdə qeyd olundu. Mayın 23-də məktəb rəhbərliyi və 3 c sinif şagirdləri şəhidin ailəsini ziyarət etdi. Şagirdlər Saleh Şəfizadənin qısa zamanda keçdiyi həyat yolunu anasından dinlədilər. Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Saleh Şəfizadə 08 fevral 2021-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə şəhadətə yüksəlib. Dövlət başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü " medalları ilə təltif edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi